Müzəffər Azərbaycan Ordusunun yazdığı şanlı tarix

    Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən Anım Gününə həsr olunmuş sinif təşkilat saatı keçirilib. Məktəbin rus dili və ədəbiyyat müəllimi Mahmudova Milenanın təşkilatçılığı ilə keçirilən dərsdə 5"İ" sinif şagirdləri dövlət himnini səsləndirib. 

    Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Daha sonra şagirdlər 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına azad etdikləri torpaqlar haqda məlumatlar verib, Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər. 

    Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi