Yeni tədris ilinin ilk Pedaqoji şurası
Sentyabrın 28-də 2020/2021-ci tədris ili üçün pedaqoji şuranın ilk iclası keçirilib. Məktəbin direktoru Səkinə Xanəliyeva kollektiv üzvlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Ötən tədris ilinin yekunları və yeni tədris ilində pedaqoji kollektivin qarşısında duran vəzifələr, 2021/2022-ci tədris ili üçün məktəbin "Fəaliyyət Planı”nın müzakirəsi və təsdiqi, sinif rəhbərləri, daxili nizam-intizam qaydaları və tədbirlər planının müzakirəsi, şagirdlərin dərsliklərlə təminatı ilə əlaqədar məsələlər müzakirə edilib. İclasda sinif müəllimləri və metodbirləşmə rəhbərləri çıxış edib. Həmçinin məktəbdə sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanması, işçilərin qoruyucu maskalardan istifadə etməsi tapşırılıb.
Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən 2021/2022-ci tədris ilində I-XI siniflərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunması barədə məlumat verilib.