İlk dərsimiz "Qarabağ Azərbaycandır"

        Məktəbimizdə ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən  “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. I-IV siniflərdə şagirdlərimizə şanlı zəfər tarixindən bəhs edilib, qəhrəman şəhidlərimizin əziz xatirəsi anılıb. Şagirdlər "Qarabağ Azərbaycandır" mövzusuna həsr olunmuş şeirlər səsləndirib, rəsmlər çəkiblər.

    Məqsəd ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlər  və Azərbaycan Ordusunun şanlı qələbəsi haqqında maarifləndirici tədbirlərin görülməsidir.

    Qeyd edək ki, 2021/2022- ci tədris ilində məktəbimizə 194 birinci sinif şagirdi qədəm qoyub. Bunlardan azərbaycan bölməsi üzrə 153  , rus bölməsi üzrə isə 41 nəfər şagird təhsil alacaqdır. II-IV sinif şagirdlərimizin sayı 553 nəfərdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi