Məktəbdə "Əliheydər bulağı" nın açılışı keçirilib
Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbdə 14 iyul 2021-ci il tarixində şəhid Əliheydər Kazımovun "Anım günü" və adını əbədiləşdirmək məqsədilə inşa olunmuş bulağın açılışı mərasimi keçirilib. Mərasimdə
aşağıda adları çəkilən nümayəndələr iştirak ediblər:
1. Məktənin direktoru Səkinə Rzayeva
2. Kazımov Əli Əli oğlu - Rusiya Vəkillər Natariat Akademiyası, Rusiya Kənd Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının məzunu, Vəkillər bürosunda hüquqşünası, Moskva Şəhəri Qərb inzibati İdarəsi üzrə Milli-Mədəni Muxtariyyatın sədri Əliheydər Kazımovun qardaşı.
3. Aydın Hüseynov - millət vəkili
4. Elman Nəsirov - millət vəkili
5. Munis Bayramov - Qaradağ Qaradag Rayon İcra Hakimiyyəti başçısının müavini
6. Reshad Alcanov - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun baş məsləhətçisi
7. Şirməmməd Xanməmmədov - Azərbaycan Dövlətçiliyinin Təbliği İctimai Birliyinin sədri
8. Ruslan Quliyev - Azərbaycan Respublikası Deaspora İşləri üzrə komitənin nümayəndəsi
9. Yunis Qaraxanlı - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin redaktoru, şair, jurnalist.
10. İnsaf Əliyeva-"Xalq nəzarəti" dərgisinin baş redaktoru, Almaniya-Azərbaycan Birliyinin sədri
11. Hacı Fərman Azançı - Yazıçılar birliyinin üzvü.
12. Akif Nağı - " Qarabağ Azadlıq" təşkilatının sədri. Azərbaycan Respublikası diasporla iş üzrə komitənin nümayəndəsi.
13. Tərlan Qasımov- Arxangelsk vilayətində Azərbaycan diasporunun sədri.
14. Natiq Zamanov- Moskva şəhəri Qərb inzibati idarəsində Azərbaycanlıların milli-mədəni muxtariyyatının aktiv üzvü.
15 Xanoğlu Əliyev- Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatının prezidenti, Ximki şəhər deputatı.
16. Elmira xanım - Sahil qəsəbəsi Bələdiyyə sədri
"Əliheydər bulağı"nın açılış mərasimində qonaqlar çıxış edərək vətən, vətənpərrlik və şəhidlik zirvəsi mövzusunda öz ürək sözlərini dedilər.
Tədbir Azərbaycan Televiziya Kanalı, Real.Tv kanalları tərəfindən işıqlandırılıb.