Məsləhətli saat
22 iyun saat 19.00-da "Direktorlar klubu" çərçivəsində davam edən "Məsləhətli saat" proqramının növbəti buraxılışı yayımlanıb.
Bu dəfəki proqramda Bakı şəhəri Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayeva və Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin direktoru Bəhruz Mehdiyev ilə uğurlu məktəb barədə danışıb.
Proqram hər həftənin çərşənbə axşamı "T-network"-un feysbuk səhifəsi üzərindən Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü, əməkdar müəllim Asif Cahangirovun təqdimatında yayımlanır.
Onu da qeyd edək ki, "Direktorlar klubu" Təhsil Nazirliyinin dəstəyi, T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və Kapital Bankın baş sponsorluğu ilə yaradılıb.