Məktəbimizin xüsusi sinfində təhsil mənzərəsi
Bakı şəhəri Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin sağlamlıq imkanları məhdud şagirdlərlə təlim-tərbiyə prosesinin təşkili həm ev təhsilli, həm də xüsusi sinifdə həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bu şagirdlərlə işin təşkilini təmin etmək məqsədilə mütəmadi olaraq məktəb rəhbərliyi tərəfindən valideynlər və qəyyumlarla telefon əlaqəsi saxlanılır. Pandemiya dövründə sağlamlıq imkanları imkan verən şagirdlərlə təlim-tərbiyə distant təşkil olunur. Bundan əlavə, müəllimlərin qeydləri üçün formativ jurnallar tərtib olunub, rəhbərlik tərəfindən nəzarət olunur. Şagirdlərlə işin foto və videogörüntüləri çəkilərək məktəbin rəsmi facebook səhifəsində və edu. gov.az saytında paylaşılır.
Bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən məktəbin 9 nəfər ev təhsilli şagirdi noutbuklarla təmin olunmuşdur. Bu təşəbbüs valideynlər tərəfindən (məktəbin balansında qeydiyyatda olmaqla)xüsusi məmnunluqla qarşılanmışdır. Bu yaxınlarda isə bizim məktəbin şagirdi olmuş istedadlı aktyor, sağlamlıq imkanları məhdud məzunumuz Əlinin yaratdığı günəşin uşağı obrazı məktəbimizin hər bir müəllimini sevindirdi.
20 yaşlı Əli 228 saylı məktəbin daun sindromlu ev təhsilli şagirdi olub. Xəzər TV-də yayımlanan "Mən kiməm " teleserialında Oğuz rolunu ifa edir.