Sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi

Sağlamlıq imkanları məhdud uşaqların təhsil və tərbiyəsi  məktəbimizdə diqqət mərkəzindədir. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında elmin, təhsilin və tərbiyənin rolu böyükdür. 


Ümummilli lider H.Əliyevin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında, Azərbaycan respublikasının qanunu”nda (19 iyun 2001-ci il) irəli sürdüyü əsas tələblər, şəxsiyyətin inkişafına təkan verən amillərdəndir.

Xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq, cəmiyyətə qovuşmalarını təmin etmək, özünə xidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə və ailə həyatına hazırlamaqdan ibarətdir.
Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə təlim-tərbiyə zamanı metodiki vəsaitlərin xüsusi rolu vardır. Müəllimlər imiz ümumi təhsil üçün nəzərdə tutulmuş dərsliklərdən və xüsusi təhsil üçün təlim resurslarından istifadə edirlər. Sağlamlıq imkanları məhdud şagirdlərin ümumi təhsil şagirdləri üçün nəzərdə tutulmuş dərsliklərdən istifadəsi bacarıqlarını formalaşdıraraq müəllimlərimiz inklüziv təhsiliə addım-addım keçid edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi