"IX SİNİFLƏRDƏ DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ KEÇİRİLDİ"
Məktəbin fəaliyyət planına uyğun olaraq 17 mart 2021-ci il tarixində məktəbimizdə IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilib. Şagirdlər Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənnlərindən imtahan veriblər. İmtahan prosesi zamanı bütün IX sinif şagirdləri iştirak edib. Diaqnostik qiymətləndirmə saat 09:30-da başlayıb və 2 saat davam edib. Sualların ümumi sayı 85, ayrılıqda isə, Azərbaycan dili və İngilis Dili fənnlərinin hər birindən 30 sual, Riyaziyyat fənnindən isə 25 sual təşkil edib. Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış fənləri üzrə tədrisin keyfiyyətinin artırılması, tədrisin səviyyəsi və əldə olunan nəticəni izləmək eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaratmaqdır.
Şagirdlərimizə uğurlar arzulayırıq!