Rəqəmsal Bacarıqlar layihəsi uğurla davam etdirməkdədir

Şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq və icra etmək bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarını öyrətmək məqsədilə həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi 2017-2018-ci tədris ilindən etibarən Azərbaycanda tətbiq olunur. İlkin mərhələdə layihə Bakı şəhəri üzrə 43 məktəb və 6500 şagirdi əhatə edib.

Layihə cari tədris ilində həm coğrafi, həm də layihəyə qoşulmuş müəllim və şagird sayı baxımından genişləndirilib.

Hazırda layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan və Şəki şəhər və rayonları üzrə 222 məktəbi, 1320 müəllimi və 120000 şagirdi əhatə edir.
 Bakı şəhəri Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbdə də cari ildən "Rəqəmsal bacarıqlar " layihəsi tətbiq olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi