Yarımillik distant qiymətləndirmələrə start verilib
228 saylı tam orta məktəbdə Yarımillik qiymətləndirmələrə start verilib
Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2021-ci il 18 yanvar tarixli KQ-01 nömrəli qərarı ilə "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsil alanların attestasiyası (məktəbdaxili qiymətləndirmə) aparılmasının müvəqqəti Qaydaları "na əsasən 21 yanvar 2021-ci il tarixdən MS Teams proqramı ilə "Virtual məktəb " platformasında Yarımillik qiymətləndirmələrə start verdik.
Qaydalara əsasən:
1. Bütün fənlər üzrə summativ qiymətləndirmə distantdır
2. Qiymətləndirmə 2-11- ci siniflər üzrə aparılır
3. Bu və ya digər səbəbdən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün 1 ay ərzində yenidən qiymətləndirmə təşkil olunacaq (əyani)
4. Təkrar qiymətləndirmədə iştirak etməyən şagirdin qiyməti "0" olaraq götürüləcək
5 . Qiymətləndirmə 100 ballıq şkala ilə keçirilir
6. İnternetə çıxışı olmayan şagirdlər üçün pandemiyanın qaydalarına ciddi riayət etməklə məktəbdə əyani formada qiymətləndirmə təşkil ediləcək
7. Qiymətləndirmədə test, şifahi sorğu, inşa,yaradıcılıq və əl işləri, layihə vasitələri ilə keçirilir
8. Qiymətləndirmə 45-60 dəqiqə müddətində təşkil olunur
9. Bu summativ qiymətləndirmə şagirdin yarımil qiymətləndirməsi hesab olunur və həmin qiymətlər yarımil qiymətləri kimi götürülür. Bu barədə jurnalda müvafiq qeydiyyat aparılır