Yarımillik qiymətləndirmə ilə bağlı yaranmış suallar cavablandırılıb
1. 1- ci yarım ilin tətil günləri 26-31 yanvar tarixləri olduğu kimi qalır?
2. Mənə qaranlıq qalan orada summativin hansından, yəni böyük yoxsa kiçik summativdən söhbətin getməsidir?
3.Qiymətləndirməni yanvarın 25- dən 29- na qədər aparaq?
4. Hər il yarımilin sonunda şagirdlərin yazdıqları BSQ-lər qiymətləndirildikdən sonra vərəqlər siniflər və fənlər üzrə təlim -tərbiyə işlər üzrə direktor müavini tərəfindən yığılıb saxlanılırdı. Bu il necə etməliyik?
5. İnternet çıxışı olmayan şagirdləri qiymətləndirilməsi üçün məktəbə çağırmağa konkret vaxt təyin etməliyik ya şagirdin nə vaxt gələ biləcəyi vaxtı nəzərə almalıyıq ?
6. Summativ qiymətləndirməni hansı tarixlərdə kecirməliyik? gələn həftə 25 və 26-si - iki günə çatdıra bilmərik
Tətil boyu etsək- tarixi 25 və ya 26-i yaza bilərik jurnala?
7. Qiymətləndirmə keçirməyin son tarixi 26.01.2021-dir?
8. Qiymətləndirməyə nə vaxtdan başlayaq.?
Cavablar:
1. Qış tətili qüvvədədir.
2. Söhbət nə kiçik, nə də böyük summativdən getmir. Söhbət tədrisin distant formada aparıldığı dövrdə tətbiq edilən xüsusi növ qiymətləndirmədən gedir ki, cəmi 1 dəfə keçirilir, 100 ballıq şkaka ilə ölçülür, bütün yarımil ərzində keçirilmiş mövzuları əhatə edir, həmin bal və qiymət yarımillik kimi qəbul edilir.
3. Bu qiymətləndirməni 27 yanvar tarixinədək bitirmək tövsiyə olunur.
4. Bu il hər fənn üzrə müəllimin yazılı hesabatını toplamaq lazım gələcək: qiymətləndirmənin keçirilmə tarixi, istifadə edilən elektron tətbiq, qiymətləndirmə vasitələri, iştirak edənlərin siyahısı və aldıqları ballar, qiymətlər, müəllimin xüsusi qeydləri.
5. Əyani qiymətləndirməyə çağırılacaq tarix və vaxt sıxlıq nəzərə alınmaqla şagirdlərlə razılaşdırılsın.
6. Qiymətləndirmənin hər fənn müəllimi tərəfindən keçiriləcəyini nəzərə alsaq, növbəti 4 iş günü ərzində keçirmək mümkündür. Bu məqsədlə şənbə günü də istifadə oluna bilər.
7. Bəli.
8. Növbəti günlər ərzində.