"20 Yanvar Milli iradəmizi zəfər çaldığı gündür" adlı rəsm müsabiqəsi keçirildi
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir.
Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
Məktəbimizin birinciləri öz qələmləri ilə 20 yanvar hadisələrini təsvir ediblər.