20 Yanvar faciəsinin otuz birinci ildönümü
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Qanlı Yanvar hadisələrində 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdır. Həmin gecə Azərbaycan həm faciə, həm də qəhrəmanlıq səhifəsi yaşadı.
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbimizin bütün siniflərində Qanlı 20 yanvar hadisələri ilə bağlı tədbirlər,rəsm, şeir müsabiqələri keçirilib. Bütün siniflərimizdə şagirdlər fəal iştirak edib.
Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin.