228 saylı məktəbin şagirdləri "Beynəlxalq müsabiqə" də uğur qazanıblar
Bakı şəhəri Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbin şagirdləri "Alqoritmika" Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbi tərəfindən keçirilmiş beynəlxalq müsabiqədə uğur qazanıblar. Bu müsabiqə Qış onlayn-kvesti adlanırdı və 8-15 yaş arası şagirdlər üçün təşkil olunmuşdu. Şagirdlərimiz bu müsabiqəyə məktəbimizdə bu il tətbiq olunan " Rəqəmsal bacarıqlar" layihəsində qazandıqları biliklərlə qatılıblar. Bu müsabiqədə iştirak etmək üçün şagirdlər birlikdə komanda yaratmışdılar.
Komanda üzvləri ayrı ayrılıqda riyaziyyat və proqramlaşdırmaya aid tapşırıqları yerinə yetirirdilər. Şagirdlərimiz bu müsabiqədə uğurlu nəticələr əldə ediblər. Belə ki, 4-cü sinif şagirdlərindən ibarət "Heydər Əliyev" komandası 600 baldan 484 balla dünya üzrə 100, ölkə üzrə isə 74-cü yeri qazanıblar.