Pedaqoji şuranın onlayn iclası
02.11.2020-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil Idarəsinin rəhbərliyinin tapşırıqları çərçivəsində, Bakı şəhəri 228 nömrəli tam orta məkətəbin pedaqoji heyəti ilə MS TEAMS proqramı ilə "Virtual məktəb" portalı üzərindən pedaqoji şuranın növbəti iclası keçirildi. Pedaqoji şurada gündəlikdə qeyd olunan aşağıdakı məsələlər müzakirə edildi və müvafiq qərarlar verildi:
1. Azərbaycan Respublikası Təhsil nazirinin "Hərbi vəziyyət dövründə təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi barədə" 2020-ci il 30 sentyabr tarixli F-460 əmrinin icrası ilə bağlı məsələlərin müzakirəsi
2. Ev təhsilinə, fərdi təhsilə cəlb edilmiş şagirdlərlə işin müvafiq şəraitə uyğun təşkili
3. Pedaqoji heyət üzvlərindən sosial şəbəkə istifadəçilərinin paylaşmalarında müvafiq şəraitin tələblərinin gözlənilməsi qaydası
4. "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nın müddəalarından irəli gələn tələblərin monitorinqinin müzakirəsi
5. Sinif jurnallarında məktəb rəhbərliyi tərəfindən aparılmış monitorinqin nəticələrinin müzakirəsi