Şəhid Əliheydər Kazımov haqqında
228 saylı tam orta məktəb I Qarabağ müharibəsi şəhidi Əliheydər Kazımovun adını daşıyır.
Əliheydər Kazımov 1992-ci ildə Füzulidə gedən döyüşlərdə ağır yaralanıb və həlak olub.
Əliheydər Şəhidlik zirvəsinə ucalan zaman cəmi 27 yaşı olub. Bakı şəhəri 228 saylı tam orta məktəbin gənc müəllimi olub. Evli imiş. Mehman adlı bir oğlu var. Rusiyada yaşayır.
Həyat yoldaşı Aygün xanım Əliheydərin ölümündən bir müddət sonra bədbəxt hadisə nəticəsində yaşadığı mənzildə yanaraq həyatını itirib. İndi onun nəvəsi Aygün nənəsinin adını daşıyır.
Əliheydər Kazımovun qardaşı Aли Али Алиевич Казымов hazırda Moskva Şəhər Qərb İnzibati Dairəsi üzrə Azərbaycanlıların Milli - mədəni Muxtariyyatın sədridir. Əli müəllim hüquşünasdır.
Allah Əliheydər Kazımova və bütün Şəhidlərimizə rəhmət etsin.