Online dərslər davam edir
Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin mayın 31-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Ölkəmizdə mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq online dərslərimiz davam edir. Şagirdlərin tətildə olduğu 3 mart tarixindən başlayan online dərslərimiz məktəbin müəllimləri tərəfindən müntəzəm olaraq keçirilir.
Məqsəd şagirdlərin təlimdən geri qalmaması, onlara proqram əsasında yeni biliklərin mənimsədilməsi, məktəblilərin tədris prosesindən uzaqlaşmaması, müəllim-şagird ünsiyyətinin davamlılığını təmin etməkdir.
Online dərslərdə fəal iştirak edən şagirdlərimiz Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında “Dərs vaxtı” proqramı çərçivəsində yayımlanan teledərslərə və müəllimlər tərəfindən əlavə olaraq aparılan onlayn dərsləri dinləyirlər. Virtual məktəb, Zoom və.s üsullarla keçirilən dərslər zamanı şagirdlərə mövzular ətraflı izah olunur, müzakirələr aparılır, suallar cavablandırılır, viktorinalar keçirilir və ev tapşırıqları yoxlanılır. Dərslər həm ibtidai, həm də yuxarı sinifləri əhatə edir. Məktəb rəhbərliyi tərəfindən prosesə nəzarət olunur.