AMEA Gənc Alim və Mütəxəssislər Şurası ilə birlikdə tədbir

“Bugünün şagirdi və sabahın alimi” (“Əyləncəli elm”) layihəsi çərçivəsində gənc tədqiqatçılar tərəfindən Ə.Kazımov adına 228 saylı tam orta məktəbin şagirdlərinə eksperimental tədqiqatlar təqdim olundu. Tədbirdə çıxış edən məktəbin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Ələkbərov şura tərəfindən irəli sürülən təşəbbüsün əhəmiyyətindən, respublikada əsas elmi qurum kimi AMEA-nın elmin təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışdı. A.Ələkbərov bu cür maarifləndirici görüşlərin orta məktəb şagirdlərinin akademiyaya cəlb edilməsi, şagirdlərdə elmi-tədqiqat işlərinə marağın artırılması və yaradıcılıq fəaliyyətlərinin üzə çıxarılaraq inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi: “Təşviqata gənc alimlərin cəlb olunması düşünülmüş strategiyanın bariz təzahürü olmaqla yanaşı, həm də gələcək alimlərin stimullaşdırılmasında mühüm addımdır”.Sonra çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov analoji layihənin ötən il digər orta məktəblərdə də təşkil edildiyini diqqətə çatdırdı. O, elmin əyləncəli formada nümayişini bu günün şagirdləri və gələcəyin alimlərində müəyyən düşündürücü təəssüratların yaradılması baxımından təqdirəlayiq hesab etdi.Son dövrlərdə elmi təqdimatın bu formasının dünyada xüsusi populyarlıq qazandığını söyləyən F.Salmanov layihənin gələcəkdə daha da genişləndiriləcəyini və ölkənin ən ucqar nöqtələrində yerləşən orta məktəblərdə gerçəkləşdiriləcəyini bildirdi.AMEA Aşqarlar Kimyası İnstitutunun AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev çıxışında bu cür layihələrin həyata keçirilməsində əsas məqsədin şagirdlərdə ilkin dünyagörüşünün formalaşdırılması, onlarda elmə marağın artırılması və AMEA üçün gələcək perspektivli kadrların yetişdirilməsi olduğunu qeyd etdi.Sonda AMEA Kataliz və Qeyri-üzvi Kimya və Fizika institutlarının gəncləri tərəfindən məktəblilərə müxtəlif elmi şoular təqdim edildi. Nümayiş olunan elmi şoular şagirdlər tərəfindən maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi