İqtisadiyyat fənninin də formatını və keyfiyyətini dəyişirik (13.11.2015)
Cənab Prezidentimizin, demək olar ki, fəaliyyətinin əksər hissəsini iqtisadiyyat təşkil etdiyi halda, bütün dünya dövlətləri iqtisadiyyatdan danışdığı bir zamanda, təəsüflər olsun ki, bu kimi önəmli və tutarlı bir sahəni məktəblərdə lazımsız fənnlər sırasına daxil edərək,diqqətdən kənarda qoyublar. Çox təəsüf edirəm ki, bu sahəni əhatə edən yetərli dərslik mövcud deyil. Məhs bu baxımdam, iqtisadiyyat fənnini məktəbimizdə dirçəldirik. Şagirdlərin də bu fənnə münasibəti artıq dəyişir və böyük həvəslə dərslərdə diskussiyalara qoşulur, prezentasiyalar hazırlayırlar. Bu gün 10a sinfinin şagirdi Hüseynov Əlimirzə öz İlk prezentasiyasını təqdim etdi. Təşəkkürlər Əlimirzə və uğurlar!