“Xocalı soyqırımı tarixin qan yaddaşı”

    Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq məktəbin ibtidai sinif müəllimi Rəna Beydullayeva Xocalı faciəsinə həsr olunmuş dərs keçib. Dərsdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəna xanım şagirdlərə Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətləri haqqında məlumat verib. Faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs edib.

1"b" sinif şagirdləri Vətənə, topağa aid şeirlər səsləndiriblər.

    Daha sonra məktəbin 1-ci sinif şagirdlər şəhidlərin əziz xatirəsinə həsr olunmuş abidəni ziyarət ediblər.

    Məqsəd həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaq, işğal altında olan torpaqlarımız haqqında şagirdləri məlumatlandırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi