Xocalı - Qan yaddaşımız” mövzusunda "dəyirmi masa"
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.02.2020-ci il tarixli, F-91 nömrəli əmrinin , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20.02.2020-ci il tarixli F-73 nömrəli əmrinin və məktəbin tədbirlər planının 1.3.27-ci bəndinin icrası məqsədilə “Xocalı soyqırımının 28- ci il dönümünün keçirilməsi” ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ləman Mehdiyevanın təşkilatçılığı və 8 “B” sinfində “Xocalı - Qan yaddaşımız” mövzusunda "dəyirmi masa" keçirildi.
Şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirib, vətənpərvərlik mövzuda şeirlər, mahnılar səsləndiriblər.
Məqsəd Xocalı faciəsi haqqında şagirdləri məlumatlandırmaq, tarixi hadisələrə düzgün münasibət bildirmək, xalqımızın qan yaddaşı olan Xocalı soyqırımı şəhidlərinin xatirəsinin anılması və Qarabağın tarixini şagirdlərə öyrətməkdir.