Dəyirmi masa

    Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar məktəbimizdə keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 26-da Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əliyevanın təşkilatçılığı və 7"B" sinif şagirdlərinin iştirakı ilə "Xocalı" mövzusunda "dəyirmi masa" keçirilib.

      Məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

    Dəyirmi masada təşkilati işlər üzrə direktor müavini Cəmilə Nuqrəzadə, biologiya müəllimi Aytən Babayeva iştirak edib. Şagirdlər Xocalı soyqırımına həsr olunmuş vətənpərvərlik mövzuda şeirlər, mahnılar səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi