“Ağla-Xocalı” mövzusunda açıq dərs
Xocalı soyqrımının 28-ci il dönümü ilə əlaqədar olaraq fevralın 26-da ibtidai sinif müəllimi Məlahət Səfərəliyevanın təşkilatçılığı və 1”c” sinif şagirdlərinin iştirakı ilə “Ağla-Xocalı” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsdə məktəbin təşkilatı işlər üzrə direktor müavini Cəmilə Nuqrəzadə, təlim-tərbiyə işlər üzrə Zeynəb Vəliyeva, ibtidai sinif müəllimi Elmira Həsənova və Rəna Beydullayeva iştirak edib.
Məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.
İlk öncə açıq dərsdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin şeirləri dinlənilib. Xocalı qətliamından bəhs edilən videoçarxlar nümayiş etdirilib.