Xocalı soyqırımının 28-ci ildönümü
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər qeyd olunur. Fevralın 25-də psixoloq Mehriban Quliyeva və UBTR Xalidə İbrahimovanın təşkilatçılığı və məktəbin 8"b" sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şagirdlər Xocalı soyqırımı haqqında məlumat verdikdən sonra şeirlər səsləndiriblər.
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması,xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğdir.