“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları”
Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq psixoloq Mehriban Quliyeva və UBTR Xalidə İbrahimova IX sinif şagirdləri ilə “Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda "dəyirmi masa" keçirilib .
Psixoloq çıxış edərək keçirilən maarifləndirmə tədbirlərinin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb. Ölkəmizdə zərərli vərdişlərə qarşı aparılan mübarizə, həmçinin erkən nikahların aradan qaldırılması istiqamətində görülən tədbirlərdən bəhs edib.
Məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.
Şagirdlər mövzularla əlaqədar suallarını psixoloqa ünvanlayıb. Dəyirmi masada bütün rəy və fikirlər dinlənilib.