Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin I mərhələsi

    Fevralın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsinin I mərhələsi keçirilib.

Müsabiqə IX, X, XI sinif şagirdləri arasında 3 mərhələdə keçiriləcək, məktəbdaxili yarışda qalib gələn komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin II mərhələsində (fevralın 21-də) hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək.

Məktəbdaxili keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsində  hər komanda 3 nəfərdən ibarət olub.     Müsabiqənin əsasnaməsinə uyğun olaraq, I mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil müəssisələrinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını yerinə yetiriblər.

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ və təcrübə işi 5 balla qiymətləndirilib.  Məktəbin şagirdlərindən Ağalarov Təvəkkül (IX sinif) , Tağıyev Mustafa (X sinif), Məmmədzadə Emil (XI sinif)keçirilən müsabiqənin qalibi olublar. Onlar növbəti mərhələdə məktəbimizi təmsil edəcəklər.

    Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, bu sahədə dərin biliyə malik şagirdlərin aşkar edilməsindən ibarətdir.

    Sonda qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi