Vətənin mübariz oğlu
Torpaq, uğrunda ölən varsa, Vətəndir!
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş, cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir. Qəhrəmanlarımızı hər zaman anmaq bizim müqəddəs borcumuzdur. Məhz bu günlə əlaqədar məktəbimizdə bir sıra tədbirlər keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Cavadova 7"c" sinif şagirdlərinin iştirakı ilə Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “dəyirmi masa” keçirib. Şagirdlər qəhrəmanın cəsurluğundan bəhs edən şerilər səsləndirib, milli qəhrəmanın həyatından bəhs ediblər. Dəyirmi masada məktəbin psixoloqu Mehriban Quliyeva və İbrahimova Xalidə iştirak edib.