Yeni 2019-Cov koronavirus xəstəliyinə qarşı proflaktik tədbirlərin gücləndirilməsi
Fevralın 4-də “Yeni 2019-Cov koronavirus xəstəliyinə qarşı proflaktik tədbirlərin gücləndirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 27.01.2020-ci il tarixli 3 saylı əmrinin icrası ilə əlaqədar Qaradağ Gigiyena və Epidemiologiya Mərkəzi məktəbdə tibbi müşahidələrin gücləndirilməsi barədə göstərişlər verib. Bununla əlaqədar olaraq məktəbin tibb bacısı Mehdiyeva Könül və UBTR Xalidə İbrahimova şagirdlərlə görüş keçirir. Şagirdlərə gigiyenik qaydalara riayət edilməsinin vacibliyi haqqında məlumat veriblər.
Koronavirus infeksiyası riskini azaldın:
Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun
• öskürdükdən və asqırdıqdan sonra
• xəstələrə qulluq edərkən
• yemək hazırlayərkən, əvvəl və sonra
• yeməkdən əvvəl
Öskürərkən, asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın
Ət məhsullarını və yumurtanı tam bişirin
Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin
Başqalarını və özünüzü xəstələnmədən qoruyun.