Açıq qapı
Yanvar ayının 31-də məktəbdə tədris ilin növbəti "Açıq qapı" günü təşkil edilib. Hər bir sinif müəllimi güclü nizam – intizamın və dərsə davamiyyətin, eləcə də müəllim– valideyn – şagird üçbücağının möhkəm olmasının vacibliyindən danışıb.
“Açıq qapı” günündə valideynlər digər fənn müəllimlər ilə görüşüb və onları narahat edən müxtəlif məsələlərlə əlaqədar söhbətlər aparılıb, keçirilən monitorinqlər və onların nəticələri müzakirə olunub. Məktəbin direktor əvəzi Natəvan Əliyeva siniflərə daxil olaraq valideynləri narahat edən sualları cavablandırıb.
"Açıq qapı" günün keçirilməsində əsas məqsəd təhsil prosesinə valideynlərin cəlb edilməsi, valideyn məsuliyyətini artırmaq, valideynlərin məlumatlandırılması, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsidir.