Pedoqoji şuranın iclası
Yanvarın 31-də məktəbdə 2019-2020-cı tədris ilinin I yarımilinin pedaqoji şura iclası keçirilib. Məktəbin direktor əvəzi Natəvan Əliyeva şuranın gündəliyində duran məsələləri pedoqoji heyyətin diqqətinə çatdırıb. İclas ərzində I yarımilin yekunları və II yarımildə qarşıda duran vəzifələr, IX siniflərdə keyfiyyət göstəricilərinin artırılması ilə bağlı nəticələri zəif olan şagirdlərlə aparılan işlərin təhlili, V-VI sinif şagirdlərinin Azərbaycan dili, riyaziyyat və ingilis dili fənni üzrə bilik və bacarıqlarının monitorinqinin nəticələri müzakirə edilib. Təlim tərbiyə işləri üzrə direktor müavini Cəmilə Nuqrəzadə çıxış edərək kollektivə nizam-intizamın möhkəmləndirilməsi, dərsə davamiyyətin gücləndirilməsi, məktəbdə sağlam və təhlükəsiz mühitin təşkili və idarə olunmasının vacibliyi haqqında bəhs edib.
Gündəlikdə olan məsələlər haqqında rəylər, fikirlər dinlənilib və hər bir məsələ haqqında qərar qəbul olunub.
Sonda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllim Səadət Cavadova və Ləman Mehdiyeva Fəxri Fərmanla təltif olunub.