IX siniflərdə növbəti diaqnostik qiymətləndirmə
Yanvarın 24-də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən IX siniflər üçün Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənləri üzrə növbəti diaqnostik qiymətləndirmə keçirilib.
Saat 10:00 – da başlayan imtahan 90 dəqiqə davam edib.
Məqsəd şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, imtahan fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda məktəbözünü qiymətləndirmənin formalaşdırılması, təlimdə zəif nəticə göstərən şagirdlərə dəstək göstərməkdir.