BSQ qiymətləndirmələrə start verilmişdir
Məktəbin illik fəaliyyət planın 1.1.1.28 ci bəndinə uyğun olaraq yanvarın 14-dən başlayaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə məktəbdaxili BSQ qiymətləndirmələrə start verilmişdir.
BSQ imtahanında hər fənn üzrə şagirdlərə 20 test tapşırığı(açıq və qapalı) təqdim olunub. BSQ-lər keçirilən zaman rəhbərlik tərəfindən şagirdlərin köçürmə hallarının qarşısını almaq üçün ciddi nəzarət tədbirləri görülür.
Şagirdlərimizə uğurlar arzu edirik!