"20 Yanvar-Ümumxalq Hüzn günü"
Yanvarın 17-də məktəbin ibtidai sinif müəllimi Məlahət Səfərəliyevanın təşkilatçılığı ilə 1“c” sinfində " "20 Yanvar-Ümumxalq Hüzn günü" mövzusunda təşkilat saatı keçirilib.
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.
Şagirdlər çıxış edərək 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.