“Tarixləşən yaddaşımız”
“20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi məqsədi ilə məktəbimizdə silsilə tədbirlər davam etdirilir. 17.01.2020-ci il tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Həmidova və Rus dili müəllimi Lalə Həsənovanın təşkilatçılığı ilə “Tarixləşən yaddaşımız” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. Daha sonra 20 Yanvar faciəsində şəhidlik zirvəsinə yüksəlmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şagirdlər fəal iştirak ediblər. Şagirdlər Qanlı Yanvar faciəsi haqqında ətraflı məlumat verib, şeirlər səsləndirib, müxtəlif kompozisiyalar nümayiş etdiriblər. Tədbirdə məktəbin təşkilatçısı Cəmilə Nuqrəzadə, müəllim kollektivi və şagirdləri iştirak ediblər.
Tədbirin sonunda məktəbimizin təşkilatçısı Cəmilə Nuqrəzadə çıxış edərək məktəb rəhbərliyi adından tədbirin keçirilməsində əziyyəti keçən müəllimlərə və şagirdlərə təşəkkürünü bildirib.
Tədbirin keçirilməsində məqsəd 20 yanvar faciəsi zamanı canından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların göstərdiyi cəsarəti gələcək nəsillərə olduğu kimi çatdırmaq və yüz illər keçsə belə vətən uğrunda canından keçən şəhidlərimizi unutmamaqdır.