İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə
Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq məktəbimizdə mütəmadi olaraq “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbirləri keçirilir.
Yanvarın 17-də məktəbin psixoloqu Mehriban Quliyeva və UBTR Xalidə İbrahimova yuxarı sinif şagirdləri ilə "Dəyirmi masa" və görüşlər keçirərək insan alverinin ölkəmizdə və dünyada aktual problem olmasından bəhs edib. UBTR Xalidə İbrahimova insan alveri və növləri, insanların hansı yollarla insan alveri qurbanına çevrildiyi, belə hallardan qorunma və insan alverinə qarşı mübarizə yolları barədə şagirdlərə məlumat veriblər.
"Dəyirmi masa"da şagirdlər insan alverinə qarşı mübarizə tədbirlərinə həsr olunmuş videoçarx izləyiblər. Həmçinin şagirdlərin insan alverinə qarşı mübarizə ilə bağlı olan sualları psixoloq tərəfindən cavablandırılıb.
Məqsəd təhsil və təlim-tərbiyə müəssisələrində şagirdləri insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirməkdir.