20 yanvar faciəsindən 30 il ötür
O şənbə gecəsi, o qətl günü, –
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
-Bəxtiyar Vahabzadə.
“20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.12.2019-cu il, F-771 nömrəli əmrini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.12.2019-cu il, F-529 nömrəli əmrini və məktəbimizin 08.01.2020-ci il, 207 nömrəli əmrlərinin icrasını təmin etmək məqsədilə yanvarın 16-da məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Cavadovanın rəhbərliyi ilə “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir!” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. Daha sonra 20 Yanvar faciəsində şəhidlik zirvəsinə yüksəlmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 9 “b” və 7“c” sinif şagirdləri fəal iştirak ediblər. Şagirdlər Qanlı Yanvar faciəsi haqqında ətraflı məlumat verib, şeirlər səsləndirib, müxtəlif kompozisiyalar nümayiş etdiriblər. Şəhidlərin xatirəsinə həsr olunmuş videoçarxlar təqdim edilib. Tədbirdə məktəbin təşkilatçısı Cəmilə Nuqrəzadə, müəllim kollektivi və şagirdləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd 20 yanvar faciəsi zamanı canından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların göstərdiyi cəsarəti gələcək nəsillərə olduğu kimi çatdırmaq və yüz illər keçsə belə vətən uğrunda canında keçən şəhidlərimizi unutmamaqdır.