20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş "Dəyirmi masa"

    Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən!

    Yanvarın 16-da məktəbimizin tarix müəllimi Vüsalə Əliyevanın rəhbərliyi ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş "Dəyirmi masa" təşkil edildi. Dəyirmi masada məktəbin UBTR Xalidə İbrahimova, psixoloqu Mehriban Quliyeva, tarix müəllimi Məlahət Maliki də iştirak ediblər.
    Dəyirmi masada qeyd edildi ki, Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmuşdur. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilmiş, dönməz xarakter almış, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi