Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi

    Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. 

Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. 

Xalqımız o gecəni daim xatırlayır və bu günlə əlaqədar bir çox müəsisələrdə və eləcə də məktəblərdə dəyirmi masalar, rəsm və inşa müsabiqələri keçirilir. 

    Yanvarın 15-də məktəbin psixoloqu Mehriban Quliyeva və UBTR Xalidə İbrahimovanın təşkilatçılığı və 9" A" sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

       Dəyirmi masanın keçirilməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və  şagirdlərin istedadlarını üzə çıxarmaq, tarixi hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaqdan ibarətdir.

       Dəyirmi masada iştirak edən şagirdlər xalqımızın yaddaşına həkk olunmuş o faciəvi günlər haqqında ətraflı məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi