Psixoproflaktik söhbət aparılıb
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq məktəbin psioxolqu Mehriban Quliyeva və UBTR Xalidə İbrahimova şagirdlərlə görüş keçirib. Sinif saatlarında iştirak edərək şagirdlərdə "İnsanın özünü tərbiyə, özünü dərketmə, ətrafdakılara və özünə hörmət" mövzusunda psixoproflaktik söhbət aparıb. Mehriban xanım çıxış edərək müsbət əxlaqi keyfiyyətlərin mahiyyəti, məqsədi, məzmunu və əhəmiyyətindən bəhs edib.
Mütəmadi olaraq keçirilən görüşlərin məqsədi uşaqlara diqqətin artırılması, sadəlik və təvazökarlıq, düzlük və doğruçuluq, dostluq və yoldaşlıq, hörmət və qayğıkeşlik və .s kimi müsbət keyfiyyətləri aşılamaqdır.