Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il”
Məktəbimizdə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı ilə əlaqədar növbəti bayram tədbiri keçirilib. Tədbiri sinif rəhbəri Sevda Qədirova açaraq "Dünya Azərbaycanlılarının Həmrəyliyi günü" ilə bağlı geniş məlumat verib və tədbir iştirakçılarını bu münasibəti ilə təbrik edib. Daha sonra tədbirdə şagirdlər şeirlər söyləyib, çıxışlar edib, səhnəciklər nümayiş etdiriblər.
Tədbirin keçirilməsində məqsəd Azərbaycançılıq məfkurəsinin təbliği, tariximizin şanlı səhifələri haqqında şagirdlərin maarifləndirilməsi, şagirdlərdə vətənpərvərlik hissini alovlandırmaqdır.