Şagirdlərin sevinci
Məktəbimizdə evdə təhsilə cəlb olunmuş uşaqların təhsili xüsusi və kütləvi (yardımçı) proqram əsasında həyata keçirilir. Xüsusi təhsildə təhsil alan şagirdlərə diqqət və qayğı ilə yanaşılır. Məktəbin müəllimləri , psixoloqu şagirdlərin problemləri ilə maraqlanır.
Məktəbin müəllimi Laçınova Bəsti 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə tədbir təşkil etdi. Tədbirdə Şaxta baba, şagirdlər və valideynləri fəal iştirak ediblər.
Məqsəd Azərbaycançılıq məfkurəsinin təbliği, tariximizin şanlı səhifələri haqqında şagirdlərin maarifləndirilməsi olub.
Bəsti xanım çıxış edərək bu əlamətdar günün tarixi əhəmiyyətindən, ölkəmizin daxilində və xaricində bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.