“Ədəbiyyat biliciləri” müsabiqəsi

     2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə Təhsil Nazirliyinin əmrinin icrasını təmin etmək məqsədilə dekabrın 27 -də məktəbdaxili müsabiqə keçirildi. Müsabiqədə məktəbin VIII-XI sinif şagirdləri iştirak edib.

    Məqsəd müsabiqədə şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir. 

    “Ədəbiyyat biliciləri” müsabiqəsi məktəb, rayon , ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçiriləcək. Müsabiqənin məktəb mərhələsinin noyabr-dekabr, rayon mərhələsinin yanvar-fevral, ölkə mərhələsinin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur.

    Hər məktəbdən ən çoxu 3  nəfər şagird seçilərək müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.

Müsabiqə mərhələsində tapşırıqların icrasına 3 saat vaxt ayrılıb. Cavablar  müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar.

İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.

Müsabiqədə I, II, III yerlərə layiq görülmüş iştirakçılar mükafatlandırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi