Ekskursiya

       Məktəbin illik Fəaliyyət planına uyğun olaraq dekabrın 15-də məktəbin Azərbaycan dili müəllimi Zeynalova Sevincin təşkilatçılığı və 3”İ” sinif şagirdlərinin iştirakı ilə Şəhidlər Xiyabanına ziyarət, Şirvanşahlar Sarayı Kompleksi, Fəxri Xiyabana ekskursiya təşkil edilib.

      İlk olaraq Şəhidlər Xiyabanında vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlar yad edilib, şagirdlər tərəfindən şeirlər səsləndirilib və qərənfillər düzülüb. Daha sonra şagirdlər "Qız Qalası" ilə tanış olublar.

    Ekskursiyanın təşkilində məqsəd şagirdlərdə motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, eyni zamanda məktəblilərdə vətənpərvərlik ruhunu, vətənə sevgini aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi