Diaqnostik qiymətləndirmə keçirilib
Dekabrın 14-də Təhsil Nazirliyi tərəfindən IX siniflərdə buraxılış imtahanlarının II mərhələsinə dair diaqnostik qiymətləndirmə keçirilib.
Məqsəd şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılmasıdır.
Diaqnostik qiymətləndirmə saat 10:00-da başlanılıb, saat 13:30 -da yekunlaşıb. İmtahan Azərbaycan bölməsi üzrə 3 fəndən Azərbaycan dili, Riyaziyyat və Xarici dil (İngilis ) aparılıb.