"Şərəfli ömür yolu"

    Məktəbin illik Fəaliyyət planına uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin geniş təbliği məqsədilə şagirdlər məktəbin foyesində dahi öndərə həsr olunmuş şeirlər səsləndiriblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Məktəbin psixoloqu Mehriban Quliyeva və UBTR Xalidə İbrahimova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasəti nəticəsində ölkəmizin nüfuzunun artması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə ətraflı məlumat veriblər. 

    Şagirdlər sonda vətənpərvərlik mövzuda mahnılar ifa ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi