"Valideynin məktəbdə bir günü"
Valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq və valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində "Valideynin məktəbdə bir günü" layihəsi həyata keçirilir.
Layihə çərçivəsində məktəbimizdə növbəti görüş keçirilib. İbtidai (I-IV), orta (V-VIII) və yuxarı (IX-XI) sinif şagirdlərinin valideynləri övladlarının oxuduqları sinifləri ziyarət ediblər.
Görüş zamanı valideynlər məktəb mühiti ilə tanış olub, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.