Şagirdlərin ekskursiyası

    Məktəbin fəaliyyət planına uyğun olaraq VII sinif şagirdləri sinif rəhbəri Minarə Məhərrəmovanın təşkilatçılığı ilə İçəri Şəhər Dövlət Tarixi Memarlıq Qoruğu və Şirvanşahlar saray kompleksində gəzintidə olublar.

    Ekskursiya zamanı şagirdlər tikililərin tarixi haqqında məlumat əldə edərək nadir eksponatlarla tanış olublar. Azərbaycan memarlığının və mədəniyyətinin nadir inciləri ilə yaxından tanış olan şagirdlər heyranlıqla memarların, mahir sənətkarların əl işlərini izləyiblər.

    Ekskursiyanın əsas məqsədi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi