Oxu normativləri
Məktəbimizin 3 "f"sinfində sinif rəhbəri Lalə Vəliyeva oxu normativləri mövzusunda maraqlı dərs keçdi. Dərs zamanı şagirdlər bir-bir kitabdakı mətni üzündən sürətli oxumağa çalışdılar. (Norma bir dəqiqə ərzində 120 sözə bərabər idi.) Müəllim hər bir şagirdin bir dəqiqə ərzində oxuduğu söz sayını qeyd etdi. Dərs zamanı şagirdlər fəal iştirak etdilər. Və sonda müəllim bir dəqiqə ərzində ən çox söz oxumuş şagirdin adını elan etdi. Birinci yerin sahibi bir dəqiqədə 143 söz oxumaqla Aysun idi.
Dərsin keçirilməsində məqsəd şagirdlərin üzündən oxumaq bacarıqlarının inkişaf etdirilməsi, şagirdlər arasında rəqabətin formalaşdırılması və şagirdlərin dərsə olan marağını artırmaqdan ibarətdir.
Maraqlı dərsə görə Lalə xanım Vəliyevaya təşəkkür edirik!!!