31 mart - Soyqırım günü

1918-ci il 30 mart və 03 aprel tarixləri arasında xalqımıza qarşı erməni silahlı dəstələri tərəfindən qırğın törədilmişdir. Soyqırım nəticəsində on iki minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Qətliamla bağlı ümummilli liderimiz Heydər Əliyevin 26 mart 1988-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla əlaqədar məktəbimizdə bir sıra tədbirlər həyata keçirildi. Belə ki, V-XI sinif şagirdləri tərəfindən foto-stendlər düzəldildi və divar qəzetləri buraxıldı. Tarix müəllimi Musayeva Nazilə 9a sinfində soyqırımla bağlı məruzə edərək, tarixi faktları şagirdlərin diqqətinə çatdırdı. Nümayiş etdirilən görüntülər isə soyqırımın dəhşətini daha aydın şəkildə gözlər önünə sərdi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi