"Mən müəllimimlə güclüyəm" yarış keçirildi

"MƏN MÜƏLLİMİMLƏ GÜCLÜYƏM!" layihəsi çərçivəsində növbəti tədbir 30 mayda keçirildi. Layihənin davamı olaraq müəllimlər şagirdləri ilə birgə yarışdılar. Müəllim və şagirdlər 4 komandada qruplaşdılar. 5 tur üzrə keçirilən yarışın hakimləri məktəbin fiziki tərbiyə müəllimləri: Esmira Rzayeva, Rəsul Babayev idi.
Münsiflər heyəti olaraq məktəb rəhbərliyi və fənn müəllimləri yarışı izlədilər.
Yarış dostluq və əməkdaşlıq şəraitində keçirildi.